Yarım milyon manat vergi borcu olan klinika başqa ad altında fəaliyyətə başlayıb?


Adı ölkə mətbuatında müxtəlif qalmaqallarda hallanan “MedAura Klinikası”nın (VÖEN – 14018635311) dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki ki, “MedAura Klinikası” MMC-nin 9 iyun 2026-cı il tarixinə olan vergi borcu 502 min 274 manat 53 qəpik təşkil edib.
Məlumat üçün bildirək ki, 2010-cu ildə VÖEN alan “MedAura Klinikası” MMC-nin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə İsbiyev Mübariz Qabil oğludur. MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 178-də yerləşir.
Qeyd edək ki, “MedAura Klinikası”nın fəaliyyət göstərdiyi Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 178 ünvanında hazırda “28 Medical Center” adlı klinikanın yerləşdiyi bildirilir. Klinikanın sosial şəbəkə hesablarında daha əvvəl “MedAura Klinikası”na məxsus olan e-mail ünvanından ([email protected]) istifadə olunur. “28 Medical Center” adlı klinikaya məxsus olduğu qeyd edilən “28medicalcenter.az” saytının da tezliklə istifadəyə veriləcəyi bildirilir. “28medicalcenter.az” domen adının sahibi də daha əvvəl “MedAura Klinikası” MMC-yə rəhbərlik edən Zeynallı Nihat Yusasif oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top