
Rusiya Nikol Paşinyana seçkilərdə qələbəsi münasibətilə təbrik göndərməzdən əvvəl Ermənistandakı səsvermənin rəsmi nəticələrini gözləyəcək.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib
“Burada bəzi yekun rəsmi nəticələri gözləmək vacibdir. Biz bəzi rəsmi nəticələri gözləməyə üstünlük veririk”, - o bildirib.
Peskov həmçinin qeyd edib ki, səsvermə zamanı Ermənistandan çoxsaylı qanun pozuntuları barədə məlumatlar daxil olub və bu da rəsmi nəticələri gözləməyi xüsusilə vacib edir.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 7 iyunda keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, hazırkı baş nazir Paşinyanın partiyası səslərin 49,8%-ni toplayıb. Biznesmen Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,3%, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə daha 9,9% səs toplayıb.
Tətbiqimizi yükləyə bilərsiniz