
Avtomobil istehsalçısı “Stellantis” yanğın riski ilə əlaqədar dünya miqyasında 1,3 milyondan çox “Jeep” avtomobilini geri çağırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, geri çağırılmadan əsasən “Jeep Wrangler” SUV və “Jeep Gladiator” pikap avtomobilləri təsirlənib.
Geri çağırılmaya ektrohidravlik sükan naqillərində mümkün elektrik nasazlığı əsas göstərilib. Bu isə nadir hallarda olsa belə həddindən artıq qızmaya və nəticədə yanmaya səbəb ola bilər.
Şirkət avtomobil sahiblərinə problem həll olunana qədər nəqliyyat vasitələrini binalardan və digər nəqliyyat vasitələrindən kənarda saxlamağı tövsiyə edib.
Geri çağırılma ABŞ-də təxminən 1,08 milyon, Kanadada 106 min, Meksikada 23 min və digər bazarlarda təxminən 125 min nəqliyyat vasitəsinə təsir göstərir.
“Reuters” yazır ki, təmirə ümumi müayinə və zərurət yarandıqda naqillərin və ya sükan gücləndiricisinin nasosunun dəyişdirilməsi daxil olacaq.
“Stellantis” problemin həllinin iyul ayından gec olmayaraq başlayacağını gözləyir.
Şirkətin məlumatına görə, bu günə qədər bu nasazlıqla əlaqədar bir məlumat daxil olub.
Tətbiqimizi yükləyə bilərsiniz