
Bu ilin ilk rübü ərzində Azərbaycanda adambaşına düşən aylıq gəlir 402,5 manat olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən verdiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə adambaşına düşən aylıq gəlir 29,5 manat və ya 8% artıb.
Qeyd edək ki, adambaşına düşən aylıq gəlirin 36,6%-i muzdlu işlə əlaqədar əldə edilən gəlirlərin payına düşüb. Bundan başqa, gəlirlərin 32,1%-i özünüməşğulluqdan, 22,1%-i isə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərdən əldə olunub. Aylıq gəlirin 8,7%-i isə digər ailələrdən və xaricdən alınan vəsaitlər hesabına formalaşıb.
Adambaşına düşən aylıq gəlirlə bağlı diqqət çəkən məqamlardan biri odur ki, kənd yerlərində yaşayanların aylıq gəlirlərində kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərin payı cəmi 19,4% olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz