
İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında HƏMAS-ın Hərbi Dəniz Polisinin qərargahına zərbələr endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri Qəzza zolağının Xan Yunis ərazisindəki HƏMAS Hərbi Dəniz Polisi qərargahına zərbə endirib. Qərargahda fəaliyyət göstərən bir neçə terrorçu, o cümlədən HƏMAS-ın hərbi qanadının bölmə komandiri İsmayıl əl-Ləham öldürülüb”, - deyə İDF-nin mətbuat xidmətindən bildirilib.
Bundan əlavə, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı HƏMAS-a məxsus üç silah anbarına zərbələr endirib.
İDF mətbuat xidməti hər üç silah anbarının məhv edildiyini əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz