
Rusiyada Moskva vilayətinin Balaşixa şəhərində hərəkətdə olan avtomobil partlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya teleqram kanallarında məlumat və kadrlar yayılıb.
Bildirilib ki, partlayış səhər tezdən avtomobil Kojedub küçəsi ilə hərəkətdə olarkən baş verib. Partlayışdan sonra maşın park edilmiş digər avtomobilə çırpılıb və alovlanıb. Şahidlər yanğını söndürməyə və yaralı sürücünü avtomobildən çıxarmağa çalışsalar da, kişi aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.
Yerli KİV həyatını itirən şəxsin general-leytenant rütbəsinə malik olduğunu yazıb.
Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.
Tətbiqimizi yükləyə bilərsiniz