Qarabağı könüllü tərk edənlərin neçəsi Ermənistan vətəndaşlığı alıb?


Qarabağı könüllü tərk edənlərdən 27 min 296 nəfər Ermənistan vətəndaşlığı alıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Armen Mkrtçyan parlamentdə 2025-ci il büdcəsinin icrası ilə bağlı illik hesabatın müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, ümumilikdə 39 min 650 ərizə təqdim edilib və indiyə qədər bu ərizələrdən heç birinə imtina halı qeydə alınmayıb.
Uşaqların adına 28 min ərizə təqdim edilib ki, onlardan təxminən 12 mini təsdiqlənib.
Həmçinin, 39 min 650 ərizədən 11 min 146-sı yeni elektron sistem vasitəsilə təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

Top