İcra Hakimiyyəti şəhəri işıqlandırmaq üçün 5,3 milyon manat xərcləyəcək


Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin işıqlandırma üçün lazımi mal-materialın satınalınması məqsədilə keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “İnterkabel” Firması (VÖEN – 1400410421) olub.
İcra Hakimiyyəti “İnterkabel” Firmasından 5 milyon 298 min 259 manat 73 qəpik dəyərində işıqlandırma üçün mal-material alacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 1000 manat olan “İnterkabel” Firmasının hüquqi ünvanı Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5A-da yerləşir. 1997-ci ildə dövlət qeydiyyatına alınan firmanın qanuni təmsilçisi Babayev Ramil Arif oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top