
ABŞ-də Türkiyə milli futbol komandasını təlim bazasından otelə gedən yolda müşayiət edən polis motosikleti qəzaya uğrayıb.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, qəza nəticsində bir polis məmuru yüngül xəsarət alıb.
Hadisə futbol üzrə dünya çempionatına hazırlıq çərçivəsində Türkiyə milli futbol komandasının Arizona Atletika Meydançalarındakı məşqindən sonra otelə gedərkən baş verib.
Qəza milli komandanın iki avtobusdan ibarət kortejinin 15 dəqiqə gecikməsinə səbəb olub.
Polis hadisə yerində nəqliyyatın hərəkətini dayandırıb. Həmçinin, hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları cəlb edilib.
Yaralı polis əməkdaşına yerindəcə ilkin tibbi yardım göstərilib. Polis məmuruna yardım göstərildikdən sonra Türkiyə milli komandası düşərgənin yerləşdiyi otelə yola düşüb.
Tətbiqimizi yükləyə bilərsiniz