“Ən azı bir həftə bir-birilərinə hücum etməyəcəklər” – Tramp


ABŞ Prezidenti Donald Tramp İsrail və İranın ən azı növbəti bir həftə ərzində bir-birilərinə hücum etməyəcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.
“İsrail Baş naziri Benyamin Netanyahu ilə çox yaxşı söhbətimiz oldu. Ona zərbə endirildi və o da cavab verdi. Mən onu buna görə günahlandıra bilmərəm. Amma indi onlar bunu dayandırıblar. Ona görə də bir-birlərini daha bir həftə və ya daha çox müddətə rahat buraxacaqlar”, - deyə Tramp bildirib.
Qeyd edək ki, 8 iyun tarixində İsrail və İran uzunmüddətli atəşkəsdən sonra bir-birilərini atəşə tutublar. İsrailin hücumu İranın əvvəlki gün raket atışına cavab olaraq həyata keçirilib. İsrail Müdafiə Qüvvələri (İDF) İranın qərbində və mərkəzindəki hərbi hədəflərə hücum etdiyini iddia edib.
Elə həmin gün “Ynet” portal rəsmi mənbəyə istinadla İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampın xahişini qəbul etdiyini və İsrailin İrana hücumlarının dayandırılmasını əmr etdiyini bildirib. Mənbənin sözlərinə görə, Livandakı hərbi əməliyyatlar tam gücü ilə davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top