Platini İnfantinodan şikayət ərizəsi verdi


Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) keçmiş prezidenti Mişel Platini Beynəlxalaq Futbol Federasiyalarə Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantinodan şikayət ərizəsi verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Platininin İnfantinonu böhtan atmaqda və nüfuzdan istifadə etməkdə ittiham etdiyi bildirilir.
O, həmçinin 2015-ci ildə FİFA prezidenti seçilməsinə mane olmaq məqsədi daşıyan maxinasiyalar nəticəsində dəymiş ziyana görə kompensasiya tələb etmək üçün FİFA-ya qarşı mülki iddia qaldırmağı planlaşdırır.
Fransız mütəxəssis həmçinin qeyd edib ki, ona zərər verənlərin məsuliyyətdən yayınmasına imkan verməyəcək.
Qeyd edək ki, İnfantino 2016-cı ilin fevral ayında keçirilən fövqəladə konqresdə FİFA prezidenti seçilib. O, təşkilat daxilində çoxsaylı korrupsiya qalmaqallarından sonra istefa verən Yozef Blatterin yerinə keçib. FİFA tarixindəki ən böyük qalmaqal 2015-ci ilin may ayının sonlarında, prezident seçkilərindən iki gün əvvəl İsveçrə polisinin ABŞ hakimiyyət orqanlarının tələbi ilə Sürixdəki bir oteldə doqquz FİFA rəsmisini korrupsiya şübhəsi ilə saxlaması ilə başlayıb. Ümumilikdə 14 hazırkı və keçmiş futbol rəsmisi ittiham olunub. Korrupsiya qalmaqalı o vaxtkı FİFA prezidenti Blatterin, FİFA-nın baş katibi Jerom Valkenin və FİFA-nın vitse-prezidenti Platininin futboldan uzaqlaşdırılması ilə nəticələnib.
İnfantinonun 2019-cu ildə yenidən FİFA prezidenti seçilməzdən əvvəl Platini təşkilatın prezidentini tənqid etdiyi uzun bir müsahibə yayımlayıb. Platini onu ikiüzlülükdə günahlandırıb və iddia edib ki, İnfantinonun haqsız yerə dünya futbolunun sükanı arxasındadır.
2015-ci ilin sonlarında Platini Etika Komitəsi tərəfindən səkkiz il müddətinə futboldan kənarlaşdırılıb. Qadağa 1998-ci ildən 2015-ci ilə qədər FİFA-ya rəhbərlik edən Blatterin 2011-ci ildə FİFA fondlarından Platininin hesablarına 2 milyon İsveçrə frankı (təxminən 1,7 milyon avro) köçürməsinə əsaslanıb. Daha sonra FİFA Apellyasiya Komitəsi Platininin qadağasını altı ilə endirib və 2016-cı ilin may ayında İdman Arbitraj Məhkəməsi fransızın apellyasiyasını qismən təmin edərək qadağa müddətini dörd ilə endirib.

DİGƏR XƏBƏRLƏR

Top