Maşının üzərinə uzanan qadınla bağlı açıqlama – Yenilənib


Paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
“Araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb.
Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür”, - məlumatda deyilir.

***11:47
Paytaxtın Nəsimi rayonu ərazisində qəribə hadisə baş verib.
Yeniavaz.com
xəbər verir ki, Azadlıq prospektinin Məmməd Araz küçəsi ilə kəsişməsinin yaxınlığında bir qadın yolun hərəkət istiqamətində dayanmış “BYD” markalı avtomobilin üzərinə uzanıb.
Nəticədə sözügedən istiqamətdə sıxlıq yaranıb.
Hadisə anının sosial şəbəkələrdə yayılan kadrlarını təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top