ABŞ prezidenti Donald Tramp andiçmə mərasiminə qarşı ölkənin bir çox şəhərində keçirilən və milyonlarla insanı toplayan etiraz aksiyalarına münasibət bildirib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, ABŞ-ın 45-ci prezidenti “Tvitter” sosial şəbəkəsindəki mikrobloqunda etirazlara cavab verib. O yazıb: “Ötən gün baş vermiş etirazları müşahidə etdim, lakin bizdə seçkilərin yenicə keçirilməsi barədə daim düşündüm! Nə üçün bu insanlar səs vermədilər? Məşhurlar vəziyyəti yalnız dərinləşdirir”.
Şənbə günü ABŞ-ın bir çox şəhərində yüzlərlə müxtəlif miqyaslı yürüşlər keçirilib. Vaşinqtondakı mitinqdə müğənnilər Madonna, Şer, Alişa Kiz, Keti Perri, rejissor Maykl Mur, aktyorlar Culiya Roberts, Eşli Cad, Skarlett Yohansson, Emma Uoston kimi məşhurlar iştirak ediblər.