“Yaxşı edirəm, ağıllı ol” deyən sürücü saxlanıldı – Video


İyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.
DİN Mətbuat Xidmətindən Yeniavaz.com-a bildirilib ki, araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb.
“Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.
Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür”, - məlumatda deyilir.


Qeyd edək ki, sözügedən hadisənin əks olunduğu kadrlar ötən gün sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzuya çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top