
ABŞ Müdafiə Nazirliyi Çinin elektron ticarət nəhəngi “Alibaba”, axtarış sistemi “Baidu” və elektrik avtomobilləri və batareya istehsalçısı BYD-ni Xalq Azadlıq Ordusu ilə əməkdaşlıq edən “Çin hərbi şirkətləri” siyahısına əlavə edib.
Yeniavaz.com xəbər verir ki, müvafiq sənəd ABŞ hökumətinin Federal Reyestrində dərc edilib.
Bundan əlavə, siyahıya digər Çin elektrikli nəqliyyat vasitələri istehsalçısı olan “NIO Corporation” da əlavə edilib. Hər dörd şirkət Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlıq etdiklərinə görə siyahıya daxil edilib.
Ümumilikdə isə bu il siyahıya təxminən 15 şirkət əlavə edilib.
Qeyd edək ki, Pentaqon 2021-ci ildən bəri “Çin hərbi şirkətləri”nin siyahısını dərc edir. Bu siyahıya daxil olmaq dərhal sanksiyalara səbəb olmur. Lakin oradakı şirkətlərə ABŞ ordusu üçün podratçı kimi xidmət etmək qadağandır. Bundan əlavə, bu, investorlara bu şirkətlərin tezliklə ticarət və ya digər məhdudiyyətlərə məruz qala biləcəyinə dair siqnal verə bilər.
Siyahıda hazırda aviaşirkətlər, elektron avadanlıq istehsalçıları, tikinti, logistika və rabitə sahələrində xidmət təminatçıları da daxil olmaqla 100-dən çox Çin şirkəti var.
Tətbiqimizi yükləyə bilərsiniz