Tramp 37-ci dəfə ABŞ-nin İranla razılaşmaya çox yaxın olduğunu deyib...


ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehranın yaxın iki həftə ərzində razılığa gələ biləcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə respublikaçı senator Lindsi Qrehemə dəstək üçün keçirilən telekonfrans zamanı bildirib.
“Hazırda danışıqlar aparırıq və onlar (İran – red.) çox yaxşı bir razılaşma əldə etmək istəyirlər; bizə hər şeyi verməyə hazırdırlar. Nüvə silahlarından imtina etməyə hazırdırlar”, - deyə Amerika lideri qeyd edib.
“Düşünürəm ki, biz qalib gəlirik. Növbəti iki həftə ərzində qələbəmizi elan edə bilərik. Bu, tam bir qələbə olacaq və neft qiymətləri dərhal düşəcək”, - deyə Tramp sözünə davam edərək bildirib.
Digər tərəfdən, Tramp ABŞ-nin İranla razılaşmaya yaxın olduğunu 37 dəfə bildirib. Bu barədə CNN telekanalı məlumat verib. Telekanalın məlumatına görə, Tramp bunu daha çox sosial mediadakı paylaşımlarında, ictimaiyyət qarşısında çıxışlarında və media ilə telefon danışıqlarında ifadə edib.
Telekanal xatırladıb ki, bu fikir ilk dəfə martın 23-də səsləndirilib.
CNN hesab edir ki, Tramp bunu ya maliyyə bazarlarını sakitləşdirməyə çalışdığına, ya da bunu gerçəkləşdirə biləcəyinə inandığına görə deyir.

DİGƏR XƏBƏRLƏR

Top