Dünya Kubokunun ən bahalı milliləri açıqlandı – Siyahı


2026 Dünya Kubokunda ən bahalı heyətə malik milli komanda Fransa olacaq.
Yeniavaz.com
“Transfermarkt”ın açıqladığı bazar dəyəri məlumatlarına istinadən xəbər verir ki,  Fransa millisinin futbolçularının ümumi bazar dəyəri 1,52 milyard avro qiymətləndirilir.
Komandanın ən dəyərli futbolçusu 200 milyon avroluq bazar dəyəri ilə “Real Madrid”in hücumçusu Kilian Mbappedir. Siyahıda onu 150 milyon avro ilə “Bavariya”nın cinah oyunçusu Maykl Olise və 120 milyon avro ilə PSJ-nin müdafiəçisi Dezire Due izləyir.
İkinci pillədə 1,36 milyard avroluq ümumi heyət dəyəri ilə İngiltərə millisi qərarlaşıb. İngiltərənin ən bahalı futbolçusu 150 milyon avro bazar qiyməti ilə “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqemdir. “Arsenal”ın futbolçuları Deklan Rays (120 milyon avro) və Bukayo Saka (110 milyon avro) komandanın ən yüksək dəyərə malik digər oyunçularıdır.
Siyahının üçüncü sırasında isə 1,22 milyard avro bazar dəyərinə malik İspaniya millisi yer alır. Komandanın ən bahalı futbolçusu 200 milyon avro qiymətləndirilən 18 yaşlı Lamin Yamaldır. Onu “Barselona”dan Pedri (150 milyon avro) və Pau Kubarsi (120 milyon avro) izləyir.
Ən dəyərli millilər sırasında Portuqaliya, Almaniya və Braziliya da ilk altılıqda qərarlaşıb. Maraqlı məqamlardan biri isə Norveç millisinin ilk “10-luq”da yer almasıdır. Bu, əsasən “Mançester Siti”nin ulduz hücumçusu Erlinq Halandın yüksək transfer dəyəri ilə əlaqələndirilir. Halandın bazar dəyəri 200 milyon avro, Norveç millisinin ümumi dəyəri isə təxminən 590 milyon avro təşkil edir.
2026-cı il Dünya Kuboku üçün ən bahalı 10 milli komanda (ümumi bazar dəyəri):
Fransa – 1,52 milyard avro
İngiltərə – 1,36 milyard avro
İspaniya – 1,22 milyard avro
Portuqaliya – 1,01 milyard avro
Almaniya – 947 milyon avro
Braziliya – 928 milyon avro
Niderland – 804 milyon avro
Argentina – 783 milyon avro
Norveç – 590 milyon avro
Belçika – 548 milyon avro


Məlumat üçün qeyd edək ki, 2026-cı il Dünya Kuboku 11 iyunda başlayacaq və 19 iyulda keçiriləcək final oyunu ilə başa çatacaq. Turnir tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə keçiriləcək və ABŞ, Kanada, Meksika olmaqla üç ölkənin 16 şəhərində təşkil olunacaq.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top