
Özbəkistan milli komandasının ABŞ-də Niderlandla yoldaşlıq görüşündən əvvəl tam təhlükəsizlik yoxlamasından keçirilməsi müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, həmin anların görüntüləri mediada və sosial şəbəkələrdə yayılıb.
Belə ki, futbolçular metal detektorlardan keçirilərək, xüsusi təlim keçmiş narkotik itləri ilə axtarılıb.
Digər tərəfdən, Niderland millisinin eyni prosesdən keçməsinə dair hər hansı məlumat yayılmayıb.
Sözügedən anları əks etdirən kadrları təqdim edirik:
Qeyd edək ki, görüş Niderland millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz