
İyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərinin yekun nəticələri iyunun 14-də elan olunacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan məlumay yayıb.
Bildirilib ki, cümə gününə qədər yenidən sayım aparılacaq, düzəliş mərhələləri olacaq. Bundan sonra şikayət və ərizələr qiymətləndiriləcək. Artıq iyunun 14-də yekun nəticələr açıqlanacaq.
Xatırladaq ki, ötən gün Ermənistanda parlament seçkiləri keçirilib və hazırki Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası 49,83% səslə qalib gəlib.
Tətbiqimizi yükləyə bilərsiniz