
Türkiyədə məşhurları hədəf alan “narkotik” araşdırması çərçivəsində, muğənni Mabel Matiz kimi tanınan Fatih Karaca da daxil olmaqla 7 nəfərin testi müsbət çıxıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakırköy Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırması çərçivəsində İstanbul Vilayət Jandarma Komandanlığının qrupları Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane, Üsküdar və Muğladakı ünvanlarda əməliyyatlar keçirib.
Əməliyyat zamanı saxlanılan 20 şübhəli Məhkəmə Tibbi Ekspertiza İnstitutunda qan, saç və sidik nümunələri verib. Şübhəlilər prosedurları başa çatdıqdan sonra sərbəst buraxılıblar.
İstintaq çərçivəsində Məhkəmə Tibbi Ekspertiza İnstitutunda qan, saç və sidik nümunələri verən Fatih Karaca (Mabel Matiz), Tarık Tunca Bakır, Aycan Yağcı, Eda Dora, Aslıhan Turanlı, Volkan Bahçekapılı və Yasemin İkbalda kokain aşkar edilib.