
“İsrail ABŞ Prezidenti Donald Trampın xahişi ilə İrana hücumları dayandırmaq qərarına gəlib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı yüksək vəzifəli bir məmura istinadən məlumat verib.
“Trampın xahişi ilə İsrail İrana hücumları dayandırır. Livanın cənubundakı hücumlar yaxın günlərdə tam gücdə davam edəcək. İcmalarımıza və mülki əhaliyə hücumlar davam edərsə, Dahiyanı (İranpərəst təşkilat “Hizbullah”ın yerləşdiyi Beyrutun ətrafı) da bombalayacağıq”, - İsrail rəsmisi bildirib.
Daha əvvəl “12-ci kanal” Trampla İsrailin Baş naziri Benyamin Netanyahunun telefon danışığı apardığını bildirmişdi. Söhbətin məzmunu açıqlanmayıb. Bundan əvvəl Amerika lideri İran və İsrailin Yaxın Şərqdə atəşkəsə nail olmağa çalışdığını bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz