“Britaniyalıların yarıdan çoxu Aİ-yə qayıtmaq istəyir” − “Bloomberg”


Böyük Britaniya sakinlərinin 50%-dən çoxu ölkənin Avropa İttifaqına qayıtmasını dəstəkləyəcək ki, bu da 10 il əvvəl keçirilən referendumun nəticələrinin dəyişdirilməsi demək olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” “Ipsos” tərəfindən aparılan ictimai rəy sorğusuna istinadən məlumat yayıb. 
Sorğu göstərib ki, respondentlərin 52%-i seçim təklif olunarsa, Aİ-yə qayıtmağa hazırdır. Yalnız 33% Birləşmiş Krallığın Aİ xaricində daha yaxşı vəziyyətdə olduğuna inanır. Təxminən 10%-i qərarsızdır.
Tədqiqat göstərib ki, gənc britaniyalılar “Brexit”i yenidən müzakirə etməyə ən çox meyllidirlər, 55 yaşdan yuxarı respondentlərin yarıdan çoxu isə status-kvonun qorunmasını dəstəkləyir. 
Sorğu 14-20 may tarixlərində 1137 respondentlə aparılıb.
Xatırladaq ki, Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendum 23 iyun 2016-cı ildə keçirilib. Britaniyalıların 51,9%-i Aİ-dən çıxmağın lehinə, 48,1%-i isə əleyhinə səs verib. Bir neçə illik danışıqlardan sonra Böyük Britaniya 1 fevral 2020-ci il gecəsi İttifaqdan çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top