
Paytaxtda fəaliyyət göstərən aparıcı özəl klinikalardan birinin – “İstanbul Klinika” MMC-nin (VÖEN – 1303373071) dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “İstanbul Klinika” MMC-nin 8 iyun 2026-cı il tarixinə olan vergi borcu 284 min 393 manat 65 qəpik olub.
Məlumat üçün bildirək ki, 2013-cü ildə dövlət qeydiyyatına alınan “İstanbul Klinika” MMC-nin nizamnamə kapitalı 251 min 860 manat, qanuni təmsilçisi isə Quliyev Əhməd Əli oğludur. MMC-nin hüquqi ünvanı Ələsgər Ələkbərov, ev 13A, məhəllə 510, m.16-da yerləşir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz