Bağçılıq subsidiyası veriləcək − Fərman

ilham əliyev isveç kralını təbrik etdi
“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edilib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanda bağçılıq subsidiyasının verilməsi nəzərdə tutulur.
“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” yenilənib.
Bağçılıq subsidiyası – fermerlərə çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun olaraq kənd təsərrüfatı bitkilərinin becərilməsi (əkilməsi və aqrotexniki qulluğun göstərilməsi) üçün bağın salındığı birinci ildə istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, müasir suvarma sistemlərinin qurulmasına və tinglərdə fitopatoloji analizlərin aparılmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır.
Həmçinin, balıqçılıq müəssisələri də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə güzəştli kredit ala biləcəklər.Bunun üçün Agentliyin vəsaitindən istifadə qaydası dəyişdirilib. Belə ki, bundan sonra Agentliyin vəsaiti kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarına, balıqçılığın, o cümlədən akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan texnika və texnoloji avadanlıqlara, suvarma sistemləri dəstlərinə və avadanlıqlarına, habelə damazlıq heyvanlara verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldiləcək.
 

DİGƏR XƏBƏRLƏR

Top