Çin 2027-ci ildə ilk uçan taksilərini istifadəyə verəcək


Çinin GAC avtomobil istehsalçısının brendi olan “Govy Technology” texnologiya şirkəti 2027-ci ildə kommersiya aerotaksilərinin fəaliyyətinə başlamağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Yicai” nəşri məlumat verib.
Nəşrin məlumatına görə, şirkət “Govy AirCab” adlı ilk istehsal modeli üçün sifarişləri 2025-ci ildə qəbul etməyə başlayıb.
İlk elektrikli uçan avtomobil olan bu aerotaksinin ilk nüsxəsi keçən ay istehsal edilib.  
Şirkət 2026-cı ilin sonuna qədər aerotaksilərin uçuşa yararlılıq testlərini başa çatdırmağı planlaşdırır. 2027-ci ilin birinci yarısında isə şirkət istehsal sertifikatı almağı nəzərdə tutur. Bundan sonra şirkət seriyalı istehsalları və tədarükləri artırmağa başlayacaq.
Şirkətin təsisçisi və baş direktoru Su Tsinpenin sözlərinə görə, uçan avtomobil sənayesi beş il ərzində çiçəklənəcək. Belə ki, son illər Çin dronların, dirijablların və uçan avtomobillərin iqtisadiyyatını fəal şəkildə inkişaf etdirir. Çin Mülki Aviasiya İdarəsinin proqnozlarına görə, bu sektorun bazar dəyəri 2035-ci ilə qədər 3,5 trilyon yuana (490 milyard dollara) çata bilər.

DİGƏR XƏBƏRLƏR

Top