Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu – Video


Saatlıda toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən “Tofaş” və “Mercedes” markalı avtomobillərin sürücüləri Hüseyn Tağızadə və Zamin Mehdiyev Saatlı RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin keçirdiyi tədbirlərlə saxlanılıblar.
Yeniavaz.com
xəbər verir ki, araşdırma zamanı H.Tağızadənin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunub.
Bildirilir ki, hər iki sürücü barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, H.Tağızadə inzibati qaydada həbs olunub, Z.Mehdiyevin isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top