
İyunun 09-12-si gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Tətbiqimizi yükləyə bilərsiniz