
Ulduz futbolçu Kriştianu Ronaldonun “Barselona”nın sabiq oyunşusu Kevin Prins Boatenqin dərc etdiyi videoya qoyduğu dörd gülüş işarəsi sosial media istifadəçilərinin marağına səbəb olub.
Yeniavaz.com xəbər verir ki, Boatenq “Barselona”nın mətbuat konfransı zamanı necə yalan danışmaq məcburiyyətində qaldığını bildirib.
Belə ki, o, “Barselona” klubuna keçəndə “təzyiq altında” Lionel Messinin dünyanın ən yaxşı oyunşusu, “Barselona”nın isə dünyanın ən yaxşı komandası olduğunu bildirdiyini etiraf edib.
“Əgər mən bunu deməsə idim, məni transfer etməzdilər və bilirəm ki, bunu digər oyunçulara da ediblər”, - keçmiş “Barselona” oyunçusu bildirib.
Boatenq həmçinin bildirib ki, bu, onun həyatının ən böyük yalanı olub. Çünki o, həmişə Kriştianu Ronaldonu dünyanın ən yaxşı oyunçusu, “Real Madrid”i isə dünyanın ən yaxşı komandası hesab edib.
“Əvvəllər “Las Palmas”da oynayanda deyirdim ki, Kriştianu Ronaldo dünyanın ən yaxşı oyunçusudur və “Real Madrid” dünyanın ən yaxşı komandasıdır. “Barselona” ilə müqavilə imzalayanda isə mənə dedilər ki, Lionel Messi dünyanın ən yaxşısı, “Barselona” isə ən yaxşı komandadır deməlisən, əks halda problem yaşaya bilrsən”, - Boatenq bildirib.
Onun bu görüntüləri sosial şəbəkələrdə yenidən viral olub və Kriştiano Ronaldo isə onun bu ifadələrinə dörd gülüş işarəsi ilə cavab verib.
Tətbiqimizi yükləyə bilərsiniz