
“Royal Mail” poçtu Böyük Britaniya sakininə abunə olduğu jurnalı 19 il gec çatdırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Çester şəhərində yaşayan yazıçı Pol Edvards (əsasən elmi-fantastik əsərlər müəllifidir) bildirib ki, iyunun 5-də onun poçt qutusuna “Mother & Baby” adlı jurnal gəlib.
Halbuki, o, bu jurnalı 2007-ci ildə, qızı on səkkiz aylıq, həyat yoldaşı isə oğluna hamilə olanda abunə olub. İndi onun uşaqları 18 və 20 yaşındadırlar və universitetdə təhsil alırlar.
“Royal Mail” poçtu jurnalla birlikdə bir qeyd də qoyub. Poçt bu qeyddə yaranan narahatlığa görə üzr istəyib.
Pol Edvards bildirib ki, onu ən çox təəccübləndirən poçtun yaranan narahatlığa görə üzr istədiyi qeyd olub.
Tətbiqimizi yükləyə bilərsiniz