Dmitri Medvedev partiya sədri seçildi

Rusiyanın “Yedinaya Rossiya” (“Vahid Rusiya”) partiyasının qurultayı baş nazir Dmitri Medvedevi yenidən partiyanın sədri seçib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, D. Medvedev daha beş il müddətinə partiyaya rəhbərlik edəcək. D. Medvedev 2102-ci ildən “Yedinaya Rossiya” partiyasına rəhbərlik edir. Bundan başqa, Krım, Dağıstan və Niyeqorodksın başçıları Sergey Aksyonov, Ramazan Abdulatipov və Valeri Şantsev, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Mixail Men, dəmir yolları naziri Oleq Belozyorov, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və Federasiya Şurasının vitse-spikeri Yevgeni Buşmin partiyanın Ali Şurasının yeni üzvləri seçiliblər.

DİGƏR XƏBƏRLƏR

Top