İran İsrailə 24 raket atıb – İDF


İyunun 7-dən 8-nə keçən gecədən bəri İran İsrailə ümumilikdə 24 ballistik raket atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, raketlər ya zərərsizləşdirilib, ya da hədəfinə çatmayıb.
İDF-in məlumatına görə, ABŞ hərbçiləri də bəzi raketlərin zərərsizləşdirilməsində iştirak edib.
Hücumlar nəticəsində xəsarət alan olmayıb, lakin Qərb sahilinə düşən raket parçası yaşayış məntəqəsində bir neçə evə ziyan vurub.
Digər tərəfdən, İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub. Bu barədə, İranın “Tasnim” agenrliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, sursatın mənzili 1450 km, çəkisi 4500 kq və uzunluğu 10 metrdir. O, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üçüncü nəsil raketlərinə aiddir.

DİGƏR XƏBƏRLƏR

Top