Tramp İsrail və İranı atəşi dayandırmağa çağırdı


ABŞ Prezidenti Donald Tramp İsrail və İrandan bir-birinə atəş açmağı dərhal dayandırmağı tələb edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə hesabında bildirib.
“İsrail və İran atəşi dərhal dayandırmalıdır”, - Tramp qeyd edib.
Qeyd edək ki, iyunun 8-də İran İsrailə ballistik raketlər atıb. İran bunu İsrailin Livandakı “Hizbullah” hədəflərinə zərbəsi ilə əsaslandırıb. Raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən zərəsizləşdirilib. Bu gün isə İsrail İranda hərbi hədəflərə hava zərbələri endirib.

DİGƏR XƏBƏRLƏR

Top