Zelenski Paşinyanı təbrik etdi


Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistanı demokratik və azad seçkilərin keçirilməsi münasibətilə, Nikol Paşinyanı isə qələbə münasibətilə təbrik edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.
“Ermənistanı demokratik və azad seçkilər keçirməsi münasibətilə, Nikol Paşinyanı isə qələbəsi münasibətilə təbrik edirəm. Bu, Ermənistanın suverenliyi, müstəqilliyiniz və öz yolunuzu müstəqil şəkildə müəyyən etmək hüququnuzun qələbəsidir. Sizə uğurlar arzulayırıq.
Ukrayna əməkdaşlığımızı genişləndirməyə hazırdır və indi Avropa İttifaqının Ermənistanı həqiqətən dəstəkləməsinin və insanların Avropa ilə münasibətlər sayəsində həyatın daha da yaxşılaşdığını hiss etmələri üçün lazım olan hər şeyi etməsinin vaxtıdır. Bu, Avropa İttifaqı üçün bir sınaqdır. Vaxtı və fürsətləri əldən verməmək vacibdir”, - deyə Zelenski bildirib.
Xatırladaq ki, ötən gün Ermənistanda parlament seçkiləri keçirilib və Paşinyanın partiyası qalib gəlib.

DİGƏR XƏBƏRLƏR

Top