NATO hərbi təlim keçirir – Rusiyaya sərhəd ölkələr də var…


NATO Rusiya ilə həmsərhəd ölkələrdə də keçiriləcək “Ramstein Flag 2026” adlı böyük hava qüvvələri təliminə başlayır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NATO-nun Müttəfiq Hava Komandanlığı məlumat verib.
“Genişmiqyaslı hava təliminə Norveçin ən şimal nöqtələrindən İspaniyanın cənub nöqtələrinə qədər üç Birgə Əməliyyat Zonasında 18 müttəfiq ölkədən qüvvələr cəlb olunacaq. Hazırda Alyansın hər yerindən təyyarələr və aviasiya avadanlıqları təyin olunmuş əməliyyat bazalarına çatdırırılır”, - komandanlıq qeyd edib.
Təlimlərin 8 iyun tarixində başlaması planlaşdırılıb və iki həftə davam etməsi nəzərdə tutulub. Təlimlərə Avropada 200-dən çox təyyarə və 20 əməliyyat mərkəzi cəlb olunacaq və təyyarələr gündə 150-yə qədər uçuş həyata keçirəcək.
Əsas təlimlər Avropanın geniş bir ərazisində keçiriləcək və əsas iştirakçılar Danimarka, Norveç, İsveç, Finlandiya və İspaniya olacaq.
Komandanlığın məlumatına görə, əsas məqsəd kollektiv təlimin ən vacib məqsədlərinə nail olmaqdır və əsas sahələrə hava hücumundan müdafiə sistemlərinin imkanlarının gücləndirilməsi və məlumat mübadiləsinin təkmilləşdirilməsi daxildir.
Qeyd edək ki, “Ramstein Flag 2026” təlimi genişləndirilmiş monitorinq və nəzarət proqramı “Eastern Sentry” təliminin bir hissəsi olaraq keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top