İqtisad Universiteti “Aptis” imtahanları üçün 478 min manat xərcləyəcək


Azərbaycan Dövlət İqtisad Universiteti Britaniya Şurası (British Council) Təşkilatının Azərbaycan Respublikasındakı Filialı (VÖEN – 1702146621) ilə “Aptis” imtahanının təşkili xidməti üzrə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə bir mənbədən satınalma metodu əsasında bağlanıb. Müqavilənin ümumi dəyəri 478 min 400 manat təşkil edir.
Xidmətin icra müddətinin 30 oktyabr 2026-cı il tarixinədək davam edəcəyi bildirilir.
Məlumat üçün bildirək ki, “Aptis” Britaniya Şurası tərəfindən hazırlanan beynəlxalq ingilis dili qiymətləndirmə imtahanıdır. İmtahan iştirakçıların oxu, yazı, dinləmə və danışıq bacarıqlarını ölçür və qiymətləndirir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top