ABŞ ilə əlaqələr davam edir – İran XİN


İran ABŞ ilə mesaj mübadiləsi aparmağa davam edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İsmayıl Bəqayi həftəlik mətbuat konfransında bildirib.
Eyni zamanda, Bəqayi qeyd edib ki, son hadisələr etimadsızlığı artırır.
“Bu hadisələr, şübhəsiz ki, etimadsızlığı artırır. Biz artıq çox güclü şübhə şəraitində Amerika tərəfi ilə mesaj mübadiləsi aparırıq. Son 24 saat ərzində baş verənlər diplomatik prosesdəki bu əlverişsiz vəziyyəti daha da ağırlaşdıracaq”, - deyə o, qeyd edib.
Qeyd edək ki, iyunun 7-si axşam İran şimali İsrailə raket atıb. İsrail ordusu bütün raketlərin zərərsizləşdirildiyini iddia edib. Bu, İsrailin bazar günü Beyrut ətrafında “Hizbullah” hədəfinə hücumundan sonra baş verib. İsrailin sözlərinə görə, hücum “Hizbullah”ın şimali İsraili atəşə tutmasına cavab olub. İranın zərbələrinə cavab olaraq, İsrail Müdafiə Qüvvələri (İDF) həmin gecə İrana qarşı bir sıra hücumlar həyata keçirib.

DİGƏR XƏBƏRLƏR

Top