“Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana xüsusi təyinatlılar göndərə bilər” – Tramp


ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında danışıqların nəticəsiz qalacağı təqdirdə, Amerika tərəfinin hərbi tapşırıqları yerinə yetirmək üçün İslam Respublikası ərazisinə xüsusi təyinatlı qüvvələr göndərə biləcəyini istisna etməyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.
“Burada iki variant var. Ya İrana girib əvvəllər hərbi yolla öhdəsindən gələ bilmədiyimiz şeylərlə məşğul olacağıq, ya da İranın blokadasını davam etdirəcəyik. Çünki məlum olduğu kimi, bu, istənilən hərbi hücumdan daha güclüdür”, - ABŞ Prezidenti qeyd edib.
ABŞ Prezidenti həmçinin qeyd edib ki, onun fikrincə, İsrail və İran arasındakı hazırkı gərginlik Vaşinqton və Tehran arasındakı danışıqlar prosesinə təsir etməməlidir.
“Bu, heç bir şəkildə razılaşmaya təsir göstərməyəcək. Düşünürəm ki, razılaşma baş tutacaq. Görək bundan sonra nə olacaq”, - deyə Tramp əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top