
Dünyanın ən böyük iqtisadiyyatlarında əhalinin orta yaşı kəskin fərqlənir.
Yeniavaz.com ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatlarına istinadən xəbər verir ki, ümumi daxili məhsula (ÜDM) görə dünyanın 40 ən böyük iqtisadiyyatında orta yaş göstəriciləri müxtəlif istiqamətlərdə dəyişir.
Siyahıya əsasən, əsas iqtisadiyyatlar arasında ən gənc əhali Filippində qeydə alınıb. Burada orta yaş 26 təşkil edir. Onu İsrail (30 yaş), Banqladeş (30 yaş), Hindistan (30.1 yaş), Meksika (31 yaş) və İndoneziya (31.8 yaş) izləyir.
Dünyanın 40 ən böyük iqtisadiyyatına sahib ölkənin orta yaş göstəriciləri belə olub:
Filippin – 26.0 yaş
İsrail – 30.0 yaş
Banqladeş – 30.0 yaş
Hindistan – 30.1 yaş
Meksika – 31.0 yaş
İndoneziya – 31.8 yaş
Malayziya – 32.0 yaş
Səudiyyə Ərəbistanı – 32.8 yaş
Argentina – 33.0 yaş
Vyetnam – 33.0 yaş
Kolumbiya – 33.0 yaş
Türkiyə – 34.4 yaş
Braziliya – 35.4 yaş
Birləşmiş Ərəb Əmirlikləri – 36.0 yaş
Avstraliya – 38.5 yaş
Sinqapur – 39.0 yaş
ABŞ – 39.5 yaş
İrlandiya – 40.0 yaş
Çin – 40.8 yaş
Böyük Britaniya – 40.9 yaş
İsveç – 41.0 yaş
Norveç – 41.0 yaş
Belçika – 42.0 yaş
Tayland – 42.0 yaş
Danimarka – 42.0 yaş
Hollandiya – 42.2 yaş
Rusiya – 42.3 yaş
Fransa – 42.7 yaş
Kanada – 42.8 yaş
Polşa – 43.4 yaş
İsveçrə – 44.0 yaş
Tayvan – 45.0 yaş
Avstriya – 45.0 yaş
Rumıniya – 46.0 yaş
Almaniya – 46.9 yaş
Cənubi Koreya – 47.0 yaş
Honq Konq – 47.0 yaş
İspaniya – 47.2 yaş
İtaliya – 48.8 yaş
Yaponiya – 50.2 yaş
Qeyd edək ki, Azərbaycanda əhalinin orta yaşı 34.8-dir. Bu göstərici ölkəni siyahıda Türkiyə (34.4 yaş) və Braziliyaya (35.4 yaş) yaxın mövqedə yerləşdirir. Demoqrafik baxımdan Azərbaycan nisbətən gənc əhali strukturunu qoruyan ölkələr sırasında hesab olunur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz