
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın İsrailin iki hərbi bazasına zərbə endirdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın “Al-Alam” telekanalı məlumat yayıb.
Məlumata görə, hücumlar İsrailin cənubunda yerləşən Nevatim, eləcə də Tel-Əviv yaxınlığında yerləşən Tel-Nof aviabazasını hədəf alıb.
Telekanalın məlumatına görə, zərbələr İsrailin hərəkətlərinə cavab olaraq endirilib.
Tətbiqimizi yükləyə bilərsiniz