
Florentino Peres “Real Madrid”in prezident seçkilərində qalib gəlib və növbəti müddətə yenidən Madrid klubunun prezidenti seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb.
Məlumata görə, Peres səslərin 65%-ni toplayıb.
Nəşrin məlumatına görə, ona 21 min 741 seçici səs verib.
Digər namizəd iş adamı Enrike Rikelme olub. O, 11 min 814 səs (35%) toplayıb.
Peresin səlahiyyət müddəti 2030-cu ildə başa çatacaq.
Qeyd edək ki, 79 yaşlı Peres 2009-cu ildən bəri "Real Madrid"in prezidentidir.
Tətbiqimizi yükləyə bilərsiniz