
Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkiləri üçün bülletenlərin sayılmasını başa çatdırıb.
Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, bütün 2005 seçki məntəqəsinin nəticələri hesablanıb.
Səslər aşağıdakı kimi paylanıb:
Lider 727 min 160 və ya 49,81 faiz səs toplayan Vətəndaş Müqavilə Partiyasıdır.
İkinci yerdə isə 23,29% (340 min 62 səs) səs toplayan “Güclü Ermənistan” alyansıdır.
Üçüncü yeri 9,94% (145 min 97 səs) ilə “Ermənistan” alyansı qərarlaşıb.
Çiçəklənən Ermənistan Partiyası 4.00% (58 min 368 səs) ilə dördüncü yerdədir.
Beşinci yerdə qərarlaşan Birlik Qanadları Partiyası isə 2,30% (33 min 618 səs) səs toplayıb.
Parlamentdə təmsil olunmaq üçün tələb olunan minimum həddi 4 siyasi qüvvə aşıb: Vətəndaş Müqaviləsi PArtiyas, “Güclü Ermənistan” və “Ermənistan” alyansları və Çiçəklənən Ermənistan Partiyası.
***09:28
Ermənistan Mərkəzi Seçki Komissiyası səhər saat 08:30-a olan seçkilərin nəticələrini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, məlumata görə, 2006 seçki məntəqəsindən 1924-də bülletenlərin 94%-i emal olunub.
Bu məlumatlara görə, hazırkı hakim Vətəndaş Müqaviləsi Partiyası 50,07% (689 min 675 səs) nəticə ilə liderlik edir.
İkinci yerdə isə 23,35% (321 min 597 səs) toplayan “Güclü Ermənistan” alyansı gəlir.
Üçüncü yeri 9,96% (135 min 808 səs) ilə “Ermənistan” alyansı tutur.
Çiçəklənən Ermənistan Partiyası isə 3,99% (54 min 900 səs) ilə dördüncü yerdədir.
Beşinci yerdə qərarlaşan Birlik Qanadları Partiyası hazırda 2,28% (31 min 465 səs) səs toplayıb.
Əgər heç bir dəyişiklik baş verməsə, yeni parlamentdə 3 siyasi qüvvə olacaq: Vətəndaş Müqaviləsi Partiyası, “Güclü Ermənistan” və “Ermənistan” alyansları. Çiçəklənən Ermənistan Partiyası həddi aşmaq üzrə olsa da, hələ ki, buna nail ola bilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz