
İran ordusu İsrailin Livanda apardığı dağıdıcı hərbi əməliyyatlara cavab olaraq bu ölkəni raketlərlə atəşə tutub.
Yeniavaz.com xəbər verir ki, bunu İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib.
Onlar bildiriblər ki, təcavüzlər davam edərsə, daha geniş cavab tədbirləri bölgədəki bütün ABŞ və İsrail aktivlərini hədəf alacaq.
Daha sonra isə İsrail ordusu İranın qərbində və mərkəzindəki hərbi hədəflərə zərbələr endirdiyini açıqlayıb.
İsrail hərbi rəsmiləri, həmçinin bazar günü axşam İrandan atılan raketləri müəyyən etdiklərini və müdafiə sistemlərinin onları ələ keçirdiyini bəyan ediblər.
İsrail ordusu, həmçinin İranın cənub-qərbindəki Bəndər-e-Məhşəhr şəhəri yaxınlığındakı Karun neft-kimya zavodunu da vurub. Xuzistan əyalətinin təhlükəsizlik üzrə qubernator müavini bu məlumatı təsdiqləyib.
Tətbiqimizi yükləyə bilərsiniz