
“Ermənistan seçkilərində Vətəndaş Müqaviləsi Partiyası qalib gəlib və təkbaşına hökumət quracaq”.
Yeniavaz.com xəbər verir ki, bunu partiyanın lideri və Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan 8 iyun gecəsi keçirilən mətbuat konfransında bəyan edib.
“Vurğulamaq istərdim ki, 2021-ci illə müqayisədə Vətəndaş Sazişi Partiyası Ermənistan Respublikası vətəndaşlarından daha çox səs alıb və daha çox sayda vətəndaşın etimadını qazanıb”, - deyə Paşinyan bildirib.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin sayılması prosesi davam edir. Komissiyanın məlumatına görə, seçici fəallığı 59% təşkil edib.
Tətbiqimizi yükləyə bilərsiniz