Ermənistanda seçki saxtakarlığı ilə bağlı 14 nəfər saxlanılıb


Ermənistanda seçki qanunvericiliyini pozmaqda şübhəli bilinən on dörd vətəndaş saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, saat 17:00-a olan məlumata görə, Daxili İşlər Nazirliyinin əməliyyat idarəetmə mərkəzinə pozuntularla bağlı 57 müraciət daxil olub:
“Bu faktlar üzrə tərtib olunmuş materiallar ibtidai istintaq orqanlarına göndərilib”.
Xatırladaq ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top