Qarabağda hər iki ayağını itirən Sərxan evləndi

Dünən Qarabağ qazisi Sərxan Tahirzadənin toyu olub. Toy Bakıdakı şadlıq saraylarından biri keçirilib.

Toyda millət vəkilləri, jurnalistlər, siyasətçilər də iştirak edib.

Xatırladaq ki, Qarabağ qazisi Sərxan Tahirzadə 2014-cü ilin yayında hər iki ayağını Ağdam cəbhəsində-düşmən təxribatının qarşısını alarkən itirib.

Millət vəkili Qənirə Paşayeva bununla bağlı sosial şəbəkədəki səhifəsində yazıb: "Qarabağ qazimiz,əziz qardaşımız Sərxan Tahirzadənin toyunda iştirak etdik və ona gözəl xanımı ilə birlikdə bir ömür mutluluq dilədik. Sərxana ən gözəl arzularından çatmasını dilədik. İnşallah, toyunuzun 1 illiyini Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz gözəl torpaqlarımızda şənliklərlə qeyd edək dedik. Çox acılar şəkdi Sərxan. İnşallah, bundan sonra həyatında ancaq mutluluq olsun! Bir daha təbriklər".

DİGƏR XƏBƏRLƏR

Top