
ABŞ İranın vurduğu zərəri ödəmək üçün dondurulmuş İran aktivlərini Körfəz ölkələrinə köçürməyə çalışacaq.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Maliyyə Naziri Skott Besant İranın Fars körfəzindəki müttəfiqlərinə vurduğu ziyanın dəyərini qiymətləndirmək üçün bir qrup yaradıldığını bildirib.
Qeyd olunub ki, ABŞ gələcəkdə dəyəcək hər hansı zərəri kompensasiya etmək üçün İran aktivlərindən istifadə etməyi də nəzərdən keçirir.
Bildirilir ki, bu xəbər İranın Ali Liderinin müşaviri Möhsün Rzaeinin sülh razılaşmasının ABŞ tərəfindən dondurulmuş 24 milyard dollarlıq İran aktivlərinin azad edilməsindən asılı olduğunu söyləməsindən sonra yayılıb.
Tətbiqimizi yükləyə bilərsiniz