
Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.
“Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.
Əlavə məlumat veriləcək”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz