Ermənistanda seçiciləri bomba ilə qorxutmağa çalışırlar


Ermənistan vətəndaşlarına xarici telefon nömrələri və elektron poçt ünvanlarından bəzi seçki məntəqələrinə bomba qoyulması barədə saxta məlumatlar verilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalardan sonra sözügedən məlumatların həqiqətə uyğun olmadığı müəyyən edilib:
“Bunlar seçki prosesinin normal gedişatını pozmağa, cəmiyyətdə narahatlıq və inamsızlıq atmosferi yaratmağa və hökumət strukturlarının işini qeyri-sabitləşdirməyə yönəlmiş hibrid təsir və informasiya-psixoloji təzyiq cəhdləridir”.
Nazirlik hüquq-mühafizə orqanlarının vəziyyətə tam nəzarət etdiyini vurğulayıb.
Xatırladaq ki, hazırda Ermənistanda parlament seçkiləri keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top