
“Axalkalaki və Qarsa sərnişin marşrutu mövcud deyil”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.
O bildirib ki, Bakı–Tbilisi qatarı hazırda yalnız Tbilisiyə qədər hərəkət edir, Axalkalaki və Qarsa sərnişin daşımaları həyata keçirilmir:
“Xahiş edirik, bu cür məlumatları yayarkən bizimlə dəqiqləşdirəsiniz. Hər hansı ekspertin, turizmçinin açıqlamasına əsaslanaraq qeyri-dəqiq məlumatlar yaymamağı tövsiyə edirik”.
Tətbiqimizi yükləyə bilərsiniz