İsraildə silahlı insident: Ölən və yaralananlar var


İsrailin mərkəzi hissəsindəki Koçav Yair ərazisində üç fərqli ünvanda silahlı insidentlər baş verib.
Yeniavaz.com
“The Times of Israel”ə istinadla xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, ən azı dörd nəfər yaralanıb.
“Hakimiyyət orqanları hadisəni mümkün terror hücumu kimi qiymətləndirir. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, hücumun səbəbləri ilə bağlı araşdırma  aparılır”, - nəşr yazır.
İsrail polisi baş verən atışmalarda şübhəli bilinənlərdən birinin həbs olunduğunu açıqlayıb.
Bildirilib ki, hücumda iştirak etdiyi iddia edilən ikinci şəxs hələ də azadlıqdadır və təhlükəsizlik qüvvələri onun axtarışını davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top